Tovuzda “VAZ” və BMW toqquşub, xəsarət alan var - YENİLƏNİB

Tovuzda  “VAZ” və BMW toqquşub, xəsarət alan var - <span style="color: red;">YENİLƏNİB
# 01 avqust 2017 21:25 (UTC +04:00)

Bakı-Qazax magistralında iki avtomobil toqquşub, xəsarət alan var. APA-nın qərb bürosunun xəbərinə görə, hadisə yolun Tovuz rayonu Düz Qırıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ 2106” və BMW markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər xəsarət alıb. "Jiquli"nin sürücüsü, rayonun Düz Qırıqlı kənd sakini 1997-ci il təvəllüdlü Rzayev Şirxan müxtəlif xəsarətlərlə Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR