Azərbaycan Avropa Oyunlarından təxminən 120-130 milyon avro gəlir əldə edəcək

Azərbaycan Avropa Oyunlarından təxminən 120-130 milyon avro gəlir əldə edəcək
# 11 dekabr 2012 09:31 (UTC +04:00)

Bakı-APA. “Avropa Oyunlarının bütün yayım hüquqları Azərbaycana məxsusdur. Avropa Olimpiya Komitəsinin təklifi ilə bu hüquqları Avropa Yayım Şurasına satacağıq”. APA-nın məlumatına görə, bu fikirləri gənclər və idman naziri Azad Rəhimov I Avropa Oyunlarının Bakıda keçirilməsinə həsr olunmuş mətbuat konfransında söyləyib.

Nazir bildirib ki, gəlirlər dörd istiqamətdə formalaşacaq: “Bütün sponsorlardan əldə olunan gəlirlər Azərbaycana çatacaq. Eyni zamanda, brendlər və bilet satışı hüququ da ölkəmizə verilib. Bu maddələr üzrə ən azı 100 milyon avro vəsait büdcəmizə daxil olmalıdır. Təxminən bu gəlirin 120-130 milyon avro aralığında olması gözlənilir”.

Nazir Avropa Oyunlarının keçirilməsi üçün müvafiq infrastrukturun mövcud olduğuna diqqət çəkərək oyunların təşkili üçün çəkiləcək xərclərin çox da yüksək olmayacağına inandığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR