Əkrəm Əylisli: “Günləri sayıram ki, deputatlıq müddətim tez bitsin” - MÜSAHİBƏ
-72 yaşın astanasında da özümü 30 yaşın astanasında olduğu kimi hiss eləyirəm. Kefim yaxşı da olur, pis də. Fərq bircə burasındadır ki, indi 30 yaşımdakı kimi, sutkada 10-15 saat işləyə bilmirəm, zorum gündə 5-6 saata ancaq çatır. Lakin bu 5-6 saatda gördüyüm iş keyfiyyətinə, faydalı iş əmsalına görə, məncə, o vaxtkı 10-15 saatın işindən geri qalmır. İnsan yaşlandıqca sözə münasibəti daha aydın və sərrast olur. Bu yaşda hansı sözü harada işlətməli olduğunu yazıçı daha asan və daha dəqiq duya bilir.
- Yazıçının cavanı yaxşıdır, qocası?
- Bar verən ağacın qocası da yaxşıdır, cavanı da. Bar verməyən ağacın nə qocası, nə cavanı?..
- Sonuncu yazdığınız “Ətirşah Masan” roman-reportajınızın çapından 6 il keçib. Bu illər ərzində kiçik bir hekayənizin belə çap olunmamasının səbəbi nədir?
- Bunu bir azca dəqiqləşdirək. “Ətirşah Masan”dan sonra kiçik yox, böyük həcmli hekayəm də çap olunub. Məsələn, “Çəmənlikdə ziyafət”. Ancaq söhbət bunda deyil. Məsələ burasındadır ki, yazıçı 70 yaşa çatanda onu yazmaq maraqlandırır. Çap olunub-olunmamağın ondan ötrü bir o qədər də əhəmiyyətli olmur. İndi mənim o vaxtım deyil ki, hər kitabım çıxanda uşaq kimi sevinəm. Bu saat məmləkətdə yazıçı oxucudan çoxdur. Belə vaxtda gündə bir kitab çıxarmağın nə mənası? Vaxt olub, Bakıda 40-50 min tirajla kitablarım nəşr olunub. Hətta Moskvada 275 min tirajla nəşr edilən kitabım da var. O vaxt kitablar çıxırdı və satılırdı, çünki kitabın çap olunmaq mexanizmi ilə yanaşı, onun satılmaq mexanizmi də vardı. İndiki müəlliflər 300-500 tirajla çıxan kitablarını çantada çiyinlərinə salıb gəzdirirlər, orda-burda ona-buna paylayıb, bundan təskinlik tapırlar. Özləri də ümid eləyirlər ki, kitabları çıxıbsa, deməli, tarixə düşüblər. Guya tarix bir nəhəng makulatura anbarıymış ki, o anbara dürtülməklə hər şey həll olunurmuş. Füzulidən Vaqifəcən bəlkə indiki Azərbaycan Yazıçılar Birliyinin şairlərindən də çox şeir yazanlar olub. Anacaq onlardan heç birinin adı ədəbiyyat tarixində qalmayıb. Mən bir qələm sahibi kimi, öz işimi həmişə görmüşəm və görürəm. Çap olunmamış iki romanım var və haçansa yazacağım yeni əsərin havası hər gün isti-isti damarlarımda dolanır.
- “Ətirşah Masan”da “oyun məkanı” kimi təsvir etdiyiniz Milli Məclisin üzvü olandan sonra yazmaq Sizin üçün çətinləşməyib ki?..
- “Ətirşah Masan”dakı “oyun məkanı” Milli Məclis deyil, Azərbaycanın ucqar kəndlərindən biridir. Yazının cəmi 3-4 səhifəsində Milli Məclislə bağlı epizodik söhbət gedir. Qaldı yazı-pozu məsələsinə, bu işdə Milli Məclisdə olmağımın mənə heç bir maneçiliyi yoxdur.
- Milli Məclisdən söz düşmüşkən, 4 ildən artıqdır, deputatsınız, amma çox nadir hallarda danışırsınız. Xalq yazıçısı olan və heç vaxt sözünü deməkdən çəkinməyən bir insanın susmasının səbəbi nədir?
- Əvvəla, mən Milli Məclisə hər iclasda söz alıb danışmaq üçün getməmişəm. İkincisi, mən qələm adamıyam, sözümü mətbuatda deməyə köhnədən vərdişim var. Üçüncüsü də, mən ancaq ürəyimdə söz olanda danışıram. Özgə cür danışmağı heç vaxt bacarmamışam. Və nəhayət, mən solo oxuyanam, xorda oxumaq mənlik deyil.
- Sizin düşüncənizə görə Milli Məclis necə yerdir?
- Mən mətbuatda bir neçə dəfə demişəm ki, bizim Azərbaycan adlı məmləkətimizdə xalqın 90 faizi ya şair, ya jurnalist, ya da deputat olmaq istəyir. Deməli, Milli Məclis xalqımızın 90 faizinin çox sevdiyi bir yerdir.
- Növbəti dəfə deputat olmaq üçün namizədliyinizi verəcəksiniz?
- Xeyr, verməyəcəyəm. Çünki çoxdan görürəm ki, mənim deputat olmağım bəzi jurnalistlər üçün ciddi problemə çevrilib. Problemləri başlarından aşan jurnalistləri belə bir izafi problem qarşısında qoymaq, əslində, heç insafdan da deyil. Düzü, günləri sayıram ki, müddətim tez bitsin və mənim jurnalist bacı-qardaşlarım, nəhayət, bu nigarançılıqdan birdəfəlik qurtulsunlar.
- Daha Azərbaycan Yazıçılar Birliyinin fəaliyyətini tənqid etmirsiniz. Bu işdən yorulubsunuz, yoxsa onlar düzəlib?
- Mənim Yazıçılar Birliyinin fəaliyyəti barədə dediklərimi o qədər bəsitləşdirib, bayağılaşdırdılar ki, indi bu mövzuda söz eşidəndə, inanın ki, ətim çimçəşir. Mənim əqidəmə görə, SSRİ Yazıçılar İttifaqı öz ömrünü bitirəndən sonra yaranan yeni yazıçı qurumunun yeni mənəvi siması və yeni idarəçilik mexanizmi də yaradılmalıydı. Ancaq buradakı köhnə sistemin ömrünü uzatmağa şəxsi marağı olan Anarın Birliyə sədr gəlməyi belə bir mexanizmin yaranmasına əsaslı sürətdə mane ola bildi. Yenilik yalnız bundan ibarət oldu ki, yazıçılara verilən vəsiqənin üstündə “SSRİ Yazıçılar İttifaqı” əvəzinə “Azərbaycan Yazıçılar Birliyi” yazıldı. Keçmiş İdarə Heyəti üzvləri indi “Məclis üzvləri” oldu və keçmiş “Rəyasət Heyəti” “Ağsaqqallar Şurası” adlandırıldı. O zaman yazıçılar İttifaqına üzv olanların yəqin yadındadır ki, Sovet dövründəki İdarə Heyəti, pis-yaxşı, hər halda işlək orqan idi. O vaxtkı Rəyasət Heyətininsə bütün məsələlərin həllində böyük səlahiyyətləri vardı. Ancaq AYB-nin indiki Məclis üzvlərinin haçansa bir yerə yığışıb, nəyisə həll etdiyini hələ ki, heç kəs görməyib. Mənim, özümdən xəbərsiz, daxil edildiyim Ağsaqqallar Şurası isə öz yaranışından bəri, Qobustanın qayaüstü rəsmlərindəki əndirəbadi fiqurlar kimi, əl-ələ verib kağız üstdə yallı gedir. Bu “yenilik”, heç şübhəsiz, mindən çox üzvü olan bir ictimai təşkilatda yazıçıların hər birinə aid olan bütün məsələlərin bir və ya bir neçə adamın əlində cəmləşməsinə xidmət edir. Vəzifəni şəxsi məqsədlər üçün işlətməyin, qanunsuz-qadağasız, adi bir iş olduğu bu zəmanədə bu boyda, bu biçimdə diplomatik kələkbazlıq axı kimə və nəyə lazım idi?.. Azərbaycansayağı demokratiya, hətta ictimai təşkilatlarda da hər kəsin öz vəzifəsində kefi istədiyi qədər oturmağına şərait yarada bilir. Mən bu işə qarışmıram. Ancaq həyatın ləzzətini vəzifədə tapan bu adamlar oturduqları vəzifədə ədəbiyyata hansısa ali və əvəzsiz xidmətlər göstərməklərindən dəm vuranda məni durduğum yerdəcə od götürür. Çünki adamları zır avam yerinə qoymaq bizə Şeyx Nəsrullahdan qalıb və belə yerdə Kefli İsgəndər olmamaq mən xasiyyətdə, mən temperamentdə adam üçün, sadəcə, mümkün deyil. Buna görə də, məlumatın olsun ki, mənim AYB-yə münasibətim dəyişməz olaraq qalır. Çünki özümün ədəbi təcrübəmə və şəxsi əqidəmə görə, burada həqiqi ədəbiyyat naminə çoxdan bəri heç bir iş görülmür. Elə bu səbəbdən də mən hələ 20 il əvvəl Birliyin katibi vəzifəsindən getmişəm. AYB-nin üzvlüyündən çıxmaq üçün 1991-ci ilin əvvəlində Anara ərizə ilə müraciət eləmişəm və bundan sonra o idarənin qapısını bir dəfə də açmamışam. Birliyə, Anardan sonra, kimin rəhbərlik edəcəyi məni qətiyyən maraqlandırmır. Ancaq bunu, məndən başqa bir də mənim öz Allahım bilir ki, Anarla şəxsi düşmənçiliyim heç vaxt olmayıb. Ürəyimin bir yerində Anar indi də tərtəmiz, sapsaf qalır. Və bunu da tam səmimiyyətimlə deyirəm ki, şəxsən mən bu dünyanın heç bir vəzifəsini Anara dəyişməzdim.
- Həmişə təriflədiyiniz gənc yazarlar lazım gələndə Sizin də bostanınıza daş atmaqdan çəkinmirlər. Onların yazdıqları Sizə ədalətsizlik kimi gəlmir?
- Daşı nə qədər istəyirlər atsınlar. Amma şər atmasınlar. Mən, dünyaya göz açandan, yalnız şərdən qorxmuşam. Məndəki bu zəif damarı, deyəsən, Şər də öz gözü ilə görüb. Şər məndən ömrüm boyu əl çəkməyib.
- Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı düşündüklərinizi bilmək istərdik. Cəmiyyətdə tez-tez torpaqların müharibə yolu ilə qaytarılacağı haqda fikirlər səslənir.
- Mən bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyam və mənim bu mövqeyim çoxdan və çoxlarına məlumdur. Mənə elə gəlir ki, Qafqazda lokal savaş bir də heç vaxt olmayacaq. Əgər olsa, bu dəfəki müharibə Qafqazdaxili miqyasdan çıxacaq. Bu müharibə Qafqazın yaxın və uzaq qonşuluğunda olan bütün dövlətlərin, hətta bəlkə bəzi qərb dövlətlərinin də qarışacağı geniş miqyaslı böyük müharibə olacaq. Ancaq, gəlsənə, bu söhbəti belə bədbin not üstündə bitirməyək...
- Tələsməyin, hələ bir sual qalır. Dəfələrlə birdəfəlik köçüb Əylisə gedəcəyinizi desəniz də, bu baş verməyib. Deyəsən, Bakıda Əylisdən daha rahatdır?
- Mənim birdəfəlik Əylisə köçüb getməyimə mətbuat yetkililərinin bu dərəcədə böyük maraq göstərməyindən, sözün düzü, bir azca şübhəliyəm. Əgər kənd bu qədər yaşamalı yerdirsə, bəs jurnalistlərin də heç olmasa bir-iki nəfəri niyə köçüb öz kəndinə getmir? Mən 72 yaşımın 56 ilini şəhərdə yaşamışam və bunu da həmişə demişəm ki, Bakı mənim Vətənimin, Əylis isə Ürəyimin paytaxtıdır. Ora mənim həm də Bala Vətənimdir. O bayatı yadındadırmı: “...ölməyə Vətən yaxşı...”
Ədəbiyyat
Mədəniyyət Nazirliyi Laçındakı “Simurq” kitabxanası ilə bağlı məsələyə münasibət bildirib
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana ukraynalı şairin adı verilib
Çingiz Əlioğlu “Qurd qapısı” qəbiristanlığında dəfn edilib - FOTO
Mədəniyyət Nazirliyi şair Çingiz Əlioğlunun vəfatı ilə bağlı məlumat yayıb
Xəbər Lenti
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır
Pit Heqset ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcəyini bildirib
MEDİA: “Ajmedia.news” Media Reyestrində yoxdur və fəaliyyəti qanunsuz hesab edilib
Fransa ABŞ-ın “azad müttəfiqi” olduğunu açıqlayıb
Qətər və Türkiyə XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
Şirvanda iki avtomobil toqquşub, ölən və yaralanan var - YENİLƏNİB