Bank Of Baku

Gədəbəydə İlyas Tapdığın 75 illiyi qeyd edilib

Gədəbəydə İlyas Tapdığın 75 illiyi qeyd edilib
# 02 dekabr 2009 23:07 (UTC +04:00)
Gədəbəy. Ayxan Hüseynov - APA. Gədəbəy rayonunda Azərbaycan şairi, prezident təqaüdçüsü İlyas Tapdığın 75 illik yubileyi qeyd edilib.

APA-nın qərb bürosunun məlumatına görə, Gədəbəy rayon Mədəniyyət Evində təşkil edilmiş yubiley tədbirinə rayon ictimaiyyətinin nümayəndələri, Gədəbəy rayon İcra hakimiyyətinin başçısı Kamran Rzazadə, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli, publisist Firuz Mustafa, tənqidçi Vaqif Yusifli, şair Oqtay Rza qatılıblar. Tədbirdə çıxış edən natiqlər İlyas Tapdığın həyat və yaradıcılığından danışıblar.

Qeyd edək ki, 1934-cü ildə Gədəbəyin Əli-İsmayıllı kəndində anadan olan İlyas Tapdıq yaradıcılığına tələbəlik illərində “Azərbaycan” jurnalında dərc olunan “Bakının gecəsi” şeiri ilə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR