Bank Of Baku

Çingiz Abdullayev: “Kitab oxumayan gəncə yazığım gəlir” - FOTO

Çingiz Abdullayev: “Kitab oxumayan gəncə yazığım gəlir” - <font color=red>FOTO</font>
# 03 dekabr 2009 15:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Yazıçılar Birliyində (AYB) birliyin katibi, xalq yazıçısı Çingiz Abdullayevin gənclərlə görüşü keçirilib. APA-nın məlumatına görə, Avropa Tələbələr Forumunun Bakı İctimai Birliyinin təşkil etdiyi görüşdə ayrı-ayrı universitetlərin tələbələri iştirak ediblər. Görüşdə gəncləri maraqlandıran suallar Çingiz Abdullayevə ünvanlanıb. Ç. Abdullayev çıxışında tələbələrlə görüşməyin onun üçün maraqlı olduğunu deyib: “Ümidvaram ki, bu görüşlərdən sonra tələbələr kitab oxuyur. Çünki hər zaman hər kəs deyir ki, azərbaycanlılar kitab oxumur. Amma mən hər dəfə tələbələrlə görüşəndə anlayıram ki, onlar kitab oxuyur və buna çox sevinirəm”.

Ç. Abdullayev kitab oxumayan gəncə yazığının gəldiyini də deyib.

Qeyd edək ki, görüşlər Ç. Abdullayevin 60 illik yubileyi çərçivəsində təşkil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR