Bank Of Baku

Milli Kitab Mükafatı münsiflər heyəti Tovuz rayonunda görüşlər keçirib

Milli Kitab Mükafatı münsiflər heyəti Tovuz rayonunda görüşlər keçirib
# 07 dekabr 2009 13:55 (UTC +04:00)
Tovuz. Ayxan Hüseynov-APA. Milli Kitab Mükafatı layihəsi çərçivəsində bir qrup ziyalı Tovuz rayonuna səfər edib. APA-nın Qərb bürosunun məlumatına görə, Milli Kitab Mükafatı münsiflər heyətinin üzvləri ilk öncə Şəhidlər Xiyabanını ziyarət edib, daha sonra N saylı hərbi hissədə hərbiçilərlə, habelə, düşmənlə üz-üzə səngərdə xidmət edən əsgər və zabitlərlə görüşüblər. Qonaqlar hərbiçilərə müasir yazarların əsərlərindən ibarət kitablar hədiyyə ediblər. Daha sonra tədbir Heydər Əliyev muzeyində davam etdirilib. Tədbirdə çıxış edən layihənin təsisçisi Nigar Köçərli bildirib ki, layihənin əsas məqsədi ictimaiyyətin diqqətini Azərbaycan ədəbiyyatına cəlb etmək, Azərbaycan ədəbiyyatı üçün əhəmiyyətli hesab olunan ədəbi əsərlər yarada biləcək yeni müəlliflərin tapılması, habelə, müasir Azərbaycan ədəbiyyatının sosial önəminin artırılmasından ibarətdir. Qeyd edək ki, müsabiqədə yalnız nəsr əsərləri iştirak edəcək. Əsərlər dekabrın 31-dək Milli Kitab Mükafatının münsiflər heyətinə təqdim edilməlidir. Yanvarın 26 da əsərlərin 20-si elan ediləcək və münsiflər heyəti bu əsərləri oxuduqdan sonra dəyərləndirəcəklər. Sonra 10 əsərin daxil olduğu siyahı Milli Kitab Mükafatının rəsmi internet səhifəsinə yerləşdiriləcək və arzu edənlərə burada onlayn səsvermə imkanı yaradılacaq. Qaliblər mayın 1-də elan ediləcək. 1-ci yerin sahibinə 3000, 2-ci yerə 2000, 3-cü yerin sahibinə isə 2000 manat pul mükafatı veriləcək.

Xatırladaq ki, Milli Kitab Mükafatının münsiflər heyətində Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, kinorejissor Ramiz Fətəliyev, şair Vaqif Səmədoğlu, deputat Rəbiyyət Aslanova, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı, teleaparıcı Nərgiz Cəlilova, prodüser Balakişi Qasımov və “Muğam” radionun rəhbəri Elnur Baimov təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR