Bank Of Baku

Bakıda “Dünya uşaq ədəbiyyatının inciləri” adlı beynəlxalq kitab sərgisi keçirilməsi nəzərdə tutulur

Bakıda “Dünya uşaq ədəbiyyatının inciləri” adlı beynəlxalq kitab sərgisi keçirilməsi nəzərdə tutulur
# 07 dekabr 2009 14:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Firudin b’y Köçərli adına Respublika Uşaq Kitabxanasında Uşaq İli ilə əlaqədar “Dünya uşaq ədəbiyyatının inciləri” adlı beynəlxalq kitab sərgisi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd kitab mədəniyyətinin təbliği, dünya uşaq ədəbiyyatı nümunələrinin daha aydın şəkildə göstərilməsi və ona maraq yaratmaqdan ibarətdir.

Tədbirdən sonra kitabxanaya hədiyyə ediləcək kitablar kitabxananın nadir nüsxələr fondunda saxlanılacaq və geniş oxucu kütləsinin istifadəsinə veriləcək. ABŞ, Böyük Britaniya, Almaniya, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Türkmənistan, Rumıniya, Latviya, Litva, Hindistan, Ərəbistan, Misir, İtaliya və digər ölkələrin səfirlikləri öz uşaq ədəbiyyatlarını kitabxanada nümayiş etdirəcəklər.
Beynəlxalq sərginin açılışının dekabrın 9-da .Köçərli adına Respublika Uşaq Kitabxanasında keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR