Bank Of Baku

Bakıda “Dünya uşaq ədəbiyyatının inciləri” adlı beynəlxalq kitab sərgisinin açılışı olub

Bakıda “Dünya uşaq ədəbiyyatının inciləri” adlı beynəlxalq kitab sərgisinin açılışı olub
# 09 dekabr 2009 11:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dekabrın 9-da F. Köçərli adına Respublika Uşaq Kitabxanasında Uşaq İli ilə əlaqədar “Dünya uşaq ədəbiyyatının inciləri” adlı beynəlxalq kitab sərgisinin açılışı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Firuzə Quliyeva bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd kitab mədəniyyətinin təbliği, dünya uşaq ədəbiyyatı nümunələrinin daha aydın şəkildə göstərilməsi və ona maraq yaratmaqdan ibarətdir. Kitabxana direktoru qeyd edib ki, sərgidə ABŞ, Böyük Britaniya, Almaniya, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Türkmənistan, Rumıniya, Latviya, Litva, Hindistan, Ərəbistan, Misir, İtaliya və digər ölkələrin uşaq ədəbiyyatları nümayiş etdirilib.

Yaponiyanın Azərbaycandakı Səfirliyinin katibi Makoto Furukava yapon uşaqlarının kitabdan daha çox internetə maraq göstərdiklərini deyib. Bununla belə o, insanın dünya görüşünün genişlənməsində və artmasında, kamilləşməsində kitab oxumağın rolunu olduqca yüksək qiymətləndirib.

Qeyd edək ki, sərgidə nümayiş etdirilən kitablar Firudin bəy Köçərli adIna Respublika Uşaq kitabxanasIna hədiyyə ediləcək. Həmin nəşrlər kitabxananın nadir nüsxələr fondunda saxlanılacaq və geniş oxucu kütləsinin istifadəsinə veriləcək. “Dünya uşaq ədəbiyyatının inciləri” adlı beynəlxalq kitab sərgisi dekabrın 19-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR