Bank Of Baku

Əfzələddin Xaqani Şirvaninin yaradıcılığına həsr olunan milli seminar keçiriləcək

Əfzələddin Xaqani Şirvaninin yaradıcılığına həsr olunan milli seminar keçiriləcək
# 09 dekabr 2009 23:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 2009-cu il Əfzələddin Xaqani Şirvaninin vəfatının 810 illiyi tamam olur. Bu münasibətlə “Bakı - İslam mədəniyyətinin paytaxtı” tədbirlər planına əsasən dekabrın 11-də M.F.Axundov adına Milli Kitabxanada XII əsrin görkəmli Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin yaradıcılığına həsr olunan milli seminar keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, tədbir İSESKO – Regional Mərkəzi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə baş tutacaq. Milli seminara AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev sədrlik edəcək.
Seminarda “Poetik istedadla həyat həqiqətinin nadir vəhdəti (Əfzələddin Xaqani)” mövzusunda Bəkir Nəbiyev, “Əfzələddin Xaqani yaradıcılığında “Mədain xərabələri” poeması” mövzusunda Vasim Məmmədəliyev, “Əfzələddin Xaqaninin humanizmi” mövzusunda Teymur Kərimli, “Xaqani Şirvani irsi və orta əsrlər şəhər mədəniyyəti” mövzusunda Rafael Hüseynov, “Əfzələddin Xaqaninin əsərlərinin vəzni” mövzusunda Tərlan Quliyev çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR