Bank Of Baku

Zəlimxan Yaqubun 60 illiyinə həsr olunmuş sənədli film təqdim olunacaq

Zəlimxan Yaqubun 60 illiyinə həsr olunmuş sənədli film təqdim olunacaq
# 10 dekabr 2009 02:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun 60 illiyinə həsr olunmuş “Dədələr yolu” sənədli filmi təqdim olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsindən APA-ya verilən məlumata görə, “Salnamə” sənədli filmlər studiyasında istehsal olunan filmin quruluşçu rejissoru Tofiq Məmmədov, ssenari müəllifləri Aydın Dadaşov və Mövlud Süleymanlıdır. 48 dəqiqəlik sənədli filmin təqdimatı dekabrın 22-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR