Bank Of Baku

Xaqani Şirvaninin vəfatının 810-cu ildönümü ilə bağlı milli seminar keçirilib

Xaqani Şirvaninin vəfatının 810-cu ildönümü ilə bağlı milli seminar keçirilib
# 11 dekabr 2009 09:37 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. M. F. Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və İSESCO-nun Tehran ofisinin təşkilatçılığı ilə “Bakı islam mədəniyyətinin paytaxtı – 2009” ili çərçivəsində XII əsrin görkəmli şairi Əfzəlləddin Xaqani Şirvaninin vəfatının 810-cu ildönümü ilə bağlı milli seminar keçirilib. APA-nın məlumatına görə, seminarda çıxış edən AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru Bəkir Nəbiyev bildirib ki, Xaqani XII əsr Azərbaycan intibahının görkəmli nümayəndələrindən biridir: “Həmin dövr Azərbaycan intibahının bir qolunu Nizami Gəncəvi, digər qolunu onun ağsaqqal müasiri Xaqani Şirvani təşkil edirdi”.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev isə deyib ki, dekabrın 18-də Bakının islam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı tədbirlərə yekun vurulacaq və təntənəli qapanış mərasimi keçiriləcək. Xaqaninin yaradıcılığına dair seminarın da bu tədbirlərin davamı olduğunu söyləyən nazir müavini, ilin sonuna qədər daha bir neçə görkəmli Azərbaycan mütəfəkkirinə həsr olunmuş seminarlar keçiriləcəyini açıqlayıb: “Xaqaninin 17 min beytlik divanı miras qalıb. Onun 2 poeması və 60 məktubu qorunub saxlanılır. Bütün dövrlər ərzində Xaqani yaradıcılığı Qərbi Avropa, Azərbaycan, İran, Türkiyə tədqiqatçılarının diqqət mərkəzində olub”.

İSESCO-nun Tehran ofisinin rəhbəri Həsən Firdovsi isə Xaqaninin nəinki Azərbaycan ədəbiyyatında, eləcə də bütün islam dünyasında tanınmış şəxsiyyət olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR