Bank Of Baku

«Salman Savəcinin həyat və yaradıcılığı» adlı kitab çapdan çıxıb

«Salman Savəcinin həyat və yaradıcılığı» adlı kitab çapdan çıxıb
# 12 dekabr 2009 02:43 (UTC +04:00)
Bakı – APA. AMEA-nın Şərqşünaslıq İnstitutunda XIV əsrdə yaşayıb-yaratmış Azərbaycan şairi Salman Savəcinin həyat və yaradıcılığına həsr olunmuş kitab işıq üzü görüb.

Filologiya elmləri namizədi Mahmud Fətiyevin monoqrafiyasında Salman Savəcinin həyatı və bədii irsi ilə əlaqədar faktiki materiallar üzə çıxarılaraq təhlil edilib. Müəllif ilk dəfə olaraq Salman Savəci haqqında ilkin qaynaq və araşdırmalarda verilən məlumatları araşdırır, şairin yaşadığı ictimai-ədəbi mühiti təhlil edir və həyatı barədə məlumat verir.

Əsərdə şairin bədii yaradıcılığı ilə bağlı qəzəllərinin əsas ideya-məzmun özəlliklərindən bəhs edilir, ictimai-siyasi məzmunlu qəsidə və rübailəri nəzərdən keçirilir. Savəcinin epik əsərləri – «Cəmşid və Xurşid» və «Fərağnamə» poemaları təhlil edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR