Bank Of Baku

Azərbaycanlı şairənin adı Almaniyanın aparıcı kişi və qadınlarından bəhs edən ensiklopediyaya salınıb

Azərbaycanlı şairənin adı Almaniyanın aparıcı kişi və qadınlarından bəhs edən ensiklopediyaya salınıb
# 14 dekabr 2009 12:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Almaniyanın birləşməsinin 20 illiyi münasibətilə “Who is who” Hübner nəşriyyatı (Kim kimdir) Almaniyanın aparıcı kişi və qadınlarından ibarət xüsusi yubiley ensiklopediyası buraxıb. Qızıl suyuna salınmış xüsusi kağız və məxsusi dəri cildində iki cilddə nəfis şəkildə tərtib edilən ensiklopediyada Almaniyanın siyasətində, iqtisadiyyatında və mədəniyyətində görkəmli yer tutan şəxslərdən bəhs edilir. Nəşrdə 22200 şəxsin fotosu, biblioqrafiyası və ünvanı yer alıb. APA-nın məlumatına görə, Almaniyanın aparıcı kişi və qadınları arasında yeganə azərbaycanlı olaraq, Almaniyada N. Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutunun direktoru Nuridə Atəşinin bioqrafiyasına da yer verilib.

O, ensiklopediyada mədəniyyət xadimi, yazıçı, şairə və Almaniyada N. Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutunun direktoru, dünya şöhrətli azərbaycanlı yazar Məhəmməd Əsəd Bəyin (Qurban Səidin) tədqiqatçısı, Azərbaycanın minillik klassik ədəbiyyatının “Pərvanə və şam“ adlı antologiyasının alman dilinə tərcüməçisi və Qafqaz Amazonlarının tədqiqatçısı kimi təqdim olunub. Bundan başqa, N. Atəşi ensiklopediyada “Qafqazın vəhşi Amazonu” təxəllüsü ilə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR