Bank Of Baku

Zəlimxan Yaqubun 60 illiyinə həsr olunmuş filmin təqdimatı keçirilib

Zəlimxan Yaqubun 60 illiyinə həsr olunmuş filmin təqdimatı keçirilib
# 22 dekabr 2009 17:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dekabrın 22-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Salnamə” sənədli filmlər studiyasının istehsal etdiyi, Azərbaycanın xalq şairi, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun 60 illiyinə həsr olunmuş “Dədələr yolu” sənədli filminin təqdimatı olub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Y. Yaqubun yaradıcılığından danışıb, onun saz-söz sənətinin inkişafındakı xidmətlərini yüksək qiymətləndirib.

Ondan sonra səhnəyə çıxan Z. Yaqub bu günü ruhunun bayramı adlandırıb. Azərbaycan xalqının saza, sözə yüksək qiymət verdiyini qeyd edən şair onu bu zirvəyə ucaltdan xalqına təşəkkür edib. Z. Yaqub yaradıcı qrupu səhnəyə dəvət edərək, onlara da minnətdarlığını çatdırıb. Sonra film nümayiş etdirilib.

Qeyd edək ki, 48 dəqiqəlik sənədli filmin rejissoru Tofiq Məmmədov, ssenari müəllifləri Aydın Dadaşov və Mövlud Süleymanlıdır.

Filmin təqdimatında, millət vəkilləri, diplomatik korpus təmsilçiləri, yazıçılar, şairlər, aşıqlar və mətbuat nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçılarına Z. Yaquba həsr olunmuş “Uca sözün işığında” kitabı da təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR