Bank Of Baku

Qəzənfər Paşayevin “Nəsimi haqqında araşdırmalar” kitabının təqdimatı keçirilib - FOTOSESSİYA

Qəzənfər Paşayevin “Nəsimi haqqında araşdırmalar” kitabının təqdimatı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 28 dekabr 2009 12:35 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Xəzər Universitetində Qəzənfər Paşayevin “Nəsimi haqqında araşdırmalar” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, kitabda alimin müxtəlif illərdə Nəsiminin həyat və yaradıcılığına həsr etdiyi məqalələri toplanıb. İştirakçılar Qəzənfər Paşayevin son vaxtlar apardığı tədqiqatlarda Nəsiminin poetik irsi və müdhiş taleyi üzərinə yeni işıq saldığını bildiriblər.

“Qarabağ” nəşriyyatında çap olunan kitabın elmi redaktoru və ön sözünün müəllifi Bəkir Nəbiyev, rəyçi Əliyar Səfərlidir.

Tədbirdə çıxış edən xalq şairi Nəriman Həsənzadə Q. Paşayevin yaradıcılığından, onun insanı keyfiyyətlərindən danışıb. N. Həsənzadə deyib ki, Q. Paşayev və onun ailəsi Azərbaycanın dəyərli ziyalılarıdır və cəmiyyətin inkişafında onların hər zaman xidmətləri olub.

Q. Paşayevin qardaşı qızı, millət vəkili Qənirə Paşayeva əmisinin yaradıcılığından, keçdiyi həyat yolundan danışıb: “Biz harada olsaq da Qəzənfər Paşayevin qardaşı uşaqlarıyıq. Biz hər zaman ondan öyrənmişik. Onun əsərləri Azərbaycanda hər zaman insanların marağına səbəb olub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR