Bank Of Baku

Moskvada Azərbaycanın gənc yazıçısının kitabı çap olunacaq

Moskvada Azərbaycanın gənc yazıçısının kitabı çap olunacaq
# 06 yanvar 2010 11:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanlı yazıçı Rəna Yüzbaşının kitabı “Skinxed” adlı yeni kitabı Rusiyanın tanınmış “Eksmo” nəşriyyat evində 2010-cu ilin nəşr planına daxil edilib. Yazıçının APA-ya verdiyi məlumata görə, kitabın fevral ayında nəşr olunacağı gözlənilir.

R. Yüzbaşı “Skinxed” kitabında onu narahat edən suallara cavab axtarmağa çalışdığını deyib: “Kitabda bir gəncin həyatından bəhs olunur. O da həmyaşıdları kimi həyatda öz yerini axtarır və qərar qəbul etməyin çətinliyi ilə üz-üzə qalır”.

Qeyd edək ki, son illər bir sıra tanınmış yazıçı və ədəbiyyatşünaslar R. Yüzbaşı haqında müsbət rəylər söyləyiblər. Bu yaxınlarda keçirilmiş “Sərhədsiz söz” beynəlxalq konfransında onu Azərbaycan müasir ədəbiyyatının brendlərindən biri adlandırıblar. R. Yüzbaşı "From: Vorobışek with love" və “Tselaya veçnost i na minutu bolşe” kitablarının müəllifidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR