Bank Of Baku

Azərbaycanın qadın yazarları Afaq Məsud və Günel Anarqızının kitablarının təqdimatı mərasimi keçirilib

Azərbaycanın qadın yazarları Afaq Məsud və Günel Anarqızının kitablarının təqdimatı mərasimi keçirilib
# 09 yanvar 2010 20:30 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə çıxış edən AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid kitabın xüsusi layihə çərçivəsində çap olunduğunu bildirib: “Bu layihə “525-ci qəzet”in “525 kitab – Qadın yazarlarımız” Azərbaycan ədəbiyyatının inkişafına yönəlib. Layihə çərçivəsində Azərbaycanın çağdaş 5 xanım yazarının kitabı dərc olunub. Bu gün artıq layihənin son kitab təqdimatlarıdır. Layihə “Bank of Azerbaidjan”ın dəstəyi ilə “525-ci qəzet” tərəfindən həyata keçirilir. Ədəbiyyatımıza dəstək layihələrinin həyata keçirilməsi olduqca dəyərlidir. Azərbaycanın biznes qurumlarının daha çox bu cür layihələrə dəstək vermələrini arzulayırıq”.

Tədbirdə çıxış edən kitabın tərtibçisi və redaktoru “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Azərbaycanın çağdaş ədəbiyyatının inkişafı üçün həyata keçirilən bu layihəni yüksək qiymətləndirib. Kitabın təsisçisi qeyd edib ki, “Arzu” kitabında yer alan hekayələr əsasən Qarabağla bağlıdır.

“Bank of Azerbaidjan”ın İdarə Heyətinin sədri Xəyal Şərifzadə təmsil etdiyi qurumun bir neçə bu tip layihəni dəstəklədiyini vurğulayıb və bundan sonra da bu cür layihələrə önəm verəcəklərini qeyd edib. Kitabın müəllifi AYB-nin üzvü, yazıçı Günel Anarqızı layihə çərçivəsində kitabının çap olunmasına çox sevindiyini deyib. Çıxışında yaradıcılıq yeniliklərindən də söz açan yazıçı hazırda bir neçə yeni əsər üzərində işlədiyini vurğulayıb. O bildirib ki, yaradıcılığını iki dildə - Azərbaycan və rus dillərində qurur.

Elə bu gün eyni məkanda bu seriya çərçivəsində çap olunan yazıçı Afaq Məsudun da “II İohan” kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində çıxış edən “525-ci qəzet”in redaktoru Rəşad Məcid Afaq Məsudun yaradıcılığından söz açıb və onun əsərlərinin yalnız Azərbaycanda deyil, dünyanın bir neçə ölkəsində çap olunduğunu vurğulayıb. Səlim Babullaoğlu isə çıxışında bildirib ki, Afaq Məsudun yaradıcılığı onu ədəbiyyata həvəsləndirib. S. Babullaoğlu qeyd edib ki, kitabda yazıçının eyniadlı hekayə-romanı, “Duyğular imperiayası” əsəri yer alıb.

Millət vəkili, “Ədalət” qəzetinin baş redaktoru Aqil Abbas Afaq Məsudun böyük nəslin davamçısı olduğunu qeyd edib və bu nəsli ləyaqətli şəkildə davam etdirdiyini deyib. Tədbirdə iştirak edən yazıçı Afaq Məsud bu layihənin həyata keçirilməsindən razılığını vurğulayıb.

Qeyd edək ki, “525 kitab - Qadın yazarlarımız“ seriyası çərçivəsində Nurəngiz Günün şeirlər, Afaq Məsudun hekayələri və “Zərif çələng”, Aysel Əlizadənin hekayələri, Günel Anarqızının hekayələri çap olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR