Bank Of Baku

Yazıçı-jurnalist Məzahir Süleymanzadənin 20 Yanvar hadisəsinin 20 illiyinə həsr olunmuş “Səhər”-güllələnmiş qəzet” kitabı çap olunub

Yazıçı-jurnalist Məzahir Süleymanzadənin 20 Yanvar hadisəsinin 20 illiyinə həsr olunmuş “Səhər”-güllələnmiş qəzet” kitabı çap olunub
# 11 yanvar 2010 10:07 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Yazıçı-jurnalist Məzahir Süleymanzadənin “Səhər”-güllələnmiş qəzet” kitabı çap olunub. APA-nın məlumatına görə, kitab 20 Yanvar hadisəsinin 20-ci ildönümü münasibətilə buraxılıb.

Kitaba M. Süleymanzadənin 1990-cı il 20 yanvar qırğınından sonra informasiya blokadasını yararaq iki milyon tirajla nəşr olunan “Səhər” qəzeti haqqında xatirələri, müsahibələri, müəllifin 20 ildən sonra qanlı hadisələrə münasibətini əks etdirən qeydləri daxil edilib.

Kitabda faciə günü “Səhər” qəzetinin o vaxtkı SSRİ-nin bütün müttəfiq respublikalarına və dünya ölkələrinə göndərdiyi bəyanat, fövqəladə vəziyyət rejimində çətinliklə çıxan qəzetin 20 Yanvarla bağlı bütün təfərrüatları çatdırması yolunda üzləşdiyi çətinliklər yer alıb.

Bundan əlavə, 137 şəhidin tam adlı siyahısı da nəşrə daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR