Bank Of Baku

Afaq Məsud: “Azərbaycanda layiqli əsərlər yazılır, həmin əsərlərin və müəlliflərin üzə çıxarılması yolunda addım atılmır” - FOTO

Afaq Məsud: “Azərbaycanda layiqli əsərlər yazılır,  həmin əsərlərin və müəlliflərin üzə çıxarılması yolunda addım atılmır” - <font color=red>FOTO</font>
# 26 yanvar 2010 11:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Azərbaycanda müasir ədəbiyyat var və əsərlər də yazılır. Ancaq Azərbaycan Yazıçılar Birliyi fəaliyyət göstərməsinə baxmayaraq qurum bu əsərlərə fikir vermir. Ümumiyyətlə əsərlər arasından hansını yaxşı, hansının pis olduğunu demir”. APA-nın məlumatına görə, bu sözləri yazıçı Afaq Məsud deyib. Yazıçının sözlərinə görə, AYB birlik olaraq gənc ədiblərin ədəbiyyata marağının artırılması yolunda lazım olan müsabiqələri həyata keçirmir: “Niyə bu gün Milli Kitab Mükafatı Yazıçılar Birliyi tərəfindən təsis olunmur? Hər halda bu cür mükafatların təsis olunması müasir ədəbiyyatdakı prosesi də üzə çıxarır. Son illər Azərbaycan ədəbiyyatında layiqli əsərlərin yazılmaması fikri ilə razılaşmıram. Bu gün layiqli əsərlər var, sadəcə, həmin lazımlı əsərlərin və müəlliflərin üzə çıxarılması yolunda addım atılmır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR