Bank Of Baku

Əlyazmalar İnstitutu tərəfindən “Türkdilli əlyazmalar kataloqu”nun II cildi rus dilində nəşrə hazırlanıb

Əlyazmalar İnstitutu tərəfindən “Türkdilli əlyazmalar kataloqu”nun II cildi rus dilində nəşrə hazırlanıb
# 29 yanvar 2010 13:41 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən “Türkdilli əlyazmalar kataloqu”nun II cildi rus dilində nəşrə hazırlanıb. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ümumi həcmi 263 səhifə olan kataloqa Azərbaycan, Türkiyə və Orta Asiya xalqlarının türkdilli ədəbiyyat klassiklərinin XI-XX əsrin əvvəllərində yazıb-yaratdıqları 431 əlyazmanın elmi-paleoqrafik təsviri daxil edilib. Əlyazma kitablarından bir neçəsi böyük özbək şairi Nəvai və klassik Azərbaycan ədəbiyyatının nümayəndələrindən biri Məhəmməd Füzulinin əsərlərindən ibarət müştərək toplulardır. Yeni nəşr olunan kataloqda Azərbaycan şairləri Nəsimi, Kişvəri, Xətai, Füzuli, türk şairləri Baqi, Nabi, Naili, özbək şairi Nəvai, türkmən şairi Məhdumqulu və başqalarının divanları haqqında məlumatlar əks olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR