Bank Of Baku

Güney Azərbaycan folkloru antologiyası çap olunacaq

Güney Azərbaycan folkloru antologiyası çap olunacaq
# 01 fevral 2010 14:45 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunda “Azərbaycan folklor antologiyası” seriyasından Dərbənd folkloru antologiyası işıq üzü görüb. Bu işin davamı olaraq Güney Azərbaycan folkloru antologiyası da çapa hazırlanmaqdadır. Folklor İnstitutunun mətbuat katibi Hikmət Quliyevin APA-ya verdiyi məlumata görə, Güney Azərbaycanın Şəbüstər (Güney) mahalının folkloru, etnoqrafiyası, adət-ənənələrinin əks olunacağı kitabdakı materiallar vaxtilə güneyli araşdırmaçılar tərəfindən toplanılıb. Kitab zəngin Güney Azərbaycan folklorunun az bir hissəsini əhatə edir. Antologiyada Əbdüləli Mücazinin, Doktor Zehtabinin, Hiqabinin və başqalarının topladığı folklor materiallarından istifadə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR