Bank Of Baku

Milli Kitab Mükafatına təqdim olunan əsərlər arasından seçilən 10 əsərin müəlliflərinin adları açıqlanıb - FOTO

Milli Kitab Mükafatına təqdim olunan əsərlər arasından seçilən 10 əsərin müəlliflərinin adları açıqlanıb - <font color=red>FOTO</font>
# 10 fevral 2010 08:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Milli Kitab Mükafatına (MKM) təqdim olunan əsərlər arasından seçilən 10 əsərin müəllifinin adları açıqlanıb. AAP-nın xəbərinə görə, mərasimdə çıxış edən MKM-in təsisçisi Nigar Köçərli “10-luq” - “short list” elan olunması üzrə Ekspertlər Şurasının rəylərini açıqlayıb.

N. Köçərlinin sözlərinə görə, “10-luq”da Şərif Ağayar, Əlabbas Bağırov, Nəriman Əbdülrəhmanlı, Samit Əliyev, Eyvaz Əlləzoğlu, Elxan Qaraqan, Kamran Nəzirli, Əjdər Ol, Rafiq Tağı və Fəxri Uğurlunun əsərləri yer alıb. MKM təsisçisi deyib ki, bu siyahıya düşən əsərlər qiymətləndirilmək üçün Münsiflər Heyətinə təqdim olunacaq. 1, 2 və 3-cü yerlərin sahibləri may ayında məlum olacaq.

Qeyd edək ki, müsabiqəyə ümumilikdə 265 əsər təqdim olunub. Onlarda 205-i Azərbaycan, 60-i rus dilindədir. Ekspertlər Şurası təqdim olunmuş bütün əsərin hamısını oxuyaraq 20 əsərdən ibarət siyahı hazırlayıblar. Əsərləri seçilən yazarlar bunlar idi: Şərif Ağayar, Əlabbas Bağırov, Nəriman Əbdülrəhmanlı, Samit Əliyev, Eyvaz Əlləzoğlu, İlqar Fəhmi, Həmid Herisçi, Rəhim Hüseynov, Elxan Qaraqan, Azər Kamal, Kamran Nəzirli, Məqsəd Nur, Əjdər Ol, Seyran Səxavət, Mövlud Süleymanlı, Taleh Şahsuvarlı, Yusif Şükürlü, Rafiq Tağı, Fəxri Uğurlu və Rəna Yüzbaşı.

Xatırladaq ki, layihənin baş sponsoru “Azercell Telekom” MMC, rəsmi sponsorları “Azərsun Holdinq” və “Qarant Sığorta” şirkətləridir. Milli Kitab Mükafatına informasiya dəstəyi verən kütləvi informasiya vasitələri arasında APA İnformasiya Agentliyi də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR