Bank Of Baku

Nigar Köçərli: “Milli Kitab Mükafatının qaliblərinin əsərlərini tək Azərbaycanda yox, bütün dünyada güclü təbliğ edəcəyik” - FOTO

Nigar Köçərli: “Milli Kitab Mükafatının qaliblərinin əsərlərini tək Azərbaycanda yox, bütün dünyada güclü təbliğ edəcəyik” - <font color=red>FOTO</font>
# 10 fevral 2010 10:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Milli Kitab Mükafatının qaliblərinin əsərləri dünya dillərinə tərcümə olunacaq. Bunu APA-ya açıqlamasında mükafatın təsisçisi, “Əli və Nino” mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli deyib. O bildirib ki, ədəbi müsabiqənin üç qalibi dünya səviyyəsində yüksək səviyyədə təbliğ olunacaq: “Biz bu mükafata təqdim olunan əsərləri xaricə çıxaracağıq. Həmin bu mükafatın qalibi olacaq nasirlər müasir Azərbaycan ədəbiyyatının ən yaxşı yazıçılarından hesab olunur və sözsüz ki, onların tək respublikada deyil, bütün dünya ölkələrində ciddi təbliğatını aparacağıq. Eyni zamanda yaxın vaxtlarda mükafatla bağlı dəyirmi masa təşkil olunacaq. Məqsədimiz budur ki, istedadlı yazıçıları meydana çıxaraq ki, maraqlı və səviyyəli müzakirələr aparılsın”.

N. Köçərlinin sözlərinə görə, 265 əsər arasından 10 ən yaxşısını seçən Ekspertlər Şurası artıq öz işini yekunlaşdırıb və bundan sonrakı proses münsiflər heyəti tərəfindən aparılacaq: “Baxmayaraq ki, bu mükafat hələ tam olaraq işini bitirməyib, ancaq çox böyük səs-küyə səbəb olub. Bu mükafatda qeyri-obyektivsizliyə yol verilməyib. İlk “iyirmililiyə” və “onluğa” düşən əsərlərdə heç nəyə yox, məhz əsərin özünə qiymət verilib. Bu “onluğu” artıq münsiflər heyətinə təqdim edirik. İki ay müddətinə onlar öz seçimlərini edəcəklər. Mayın 1-də isə artıq I Milli Kitab Mükafatının I, II və III yerin qaliblərinin adları açıqlanacaq. Təqdimetməni çox maraqlı və yaddaqalan etmək niyyətindəyik. Baxmayaraq ki, Ekspertlər Şurası artıq öz işini bitirib, ancaq hələ də biz onların adlarını açıqlamaq istəmirik. Bu şurada təmsil olunan hər bir insan çox peşəkar ədəbiyyatşünasdır. Onlar bu günə kimi işə çox obyektiv yanaşıblar və bu, göz önündədir”.

N. Köçərli onu da bildirib ki, yaxın vaxtlarda bir neçə yeni ədəbi layihənin həyata keçirilməsini planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR