Bank Of Baku

Şəkidə xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının ildönümü ilə bağlı anım mərasimi keçirilib

Şəkidə xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının ildönümü ilə bağlı anım mərasimi keçirilib
# 10 fevral 2010 15:37 (UTC +04:00)
Şəki. Vüqar Heydərov-APA. Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının ildönümü ilə bağlı Şəki şəhərində anım mərasimi keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki şəhər İcra Hakimiyyəti aparatından məlumat verilib. Məlumata görə, anım mərasimi Şəki şəhər İcra Hakimiyyəti və Qafqaz Universitetinin təşəbbüsü ilə baş tutub. Mərasimdə B. Vahabzadənin yaxınları, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov, xalq sairi Zəlimxan Yaqub, baş nazirin müavini Abid Şərifov, Milli Məclisin üzvü Əli Məsimli, Şəki ziyalıları, müvafiq təşkilat nümayəndələri iştirak edib.
B. Vahabzadənin həyat və yaradıcılığı, fəaliyyəti barədə mərasim iştirakçılarına məlumat verilib. Şairinin seirləri oxunub, seirlərinə bəstələnən mahnılar səslənib.

Daha sonra qonaqlar xalq sairi B. Vahabzadənin adını əbədiləşdirmək məqsədi ilə Şəki şəhərində salınmış parkın və parkın ərazisində qoyulmuş büstün açılış mərasimində iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR