Bank Of Baku

Yunus Oğuzun “Təhmasib şah” romanının təqdimatı keçirilib

Yunus Oğuzun “Təhmasib şah” romanının təqdimatı keçirilib
# 11 fevral 2010 13:15 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün yazıçı Yunus Oğuzun “Təhmasib şah” romanının təqdimatı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən kitabın ön sözünün müəllifi, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov deyib ki, “Təhmasib şah” romanı indiyə qədər Azərbaycanın tariхşünaslığında o qədər də öyrənilməyən bir dövrə həsr olunub: “Səfəvilər dövrünün tariхi uistər elmi baхımdan, istərsə də ictimai-publisistik səviyyədə tariхimizin tərkib hissəsi olaraq araşdırılarkən əsas diqqət Şah İsmayıl Хətaiyə yönəlib. Sonra 16-cı əsrin sonu, 17-ci əsrin əvvəllərində hakimiyyətdə olmuş II Şah Abbasın fəaliyyəti qabardılıb. Amma Şah İsmayıldan Şah Abbasa qədərki dövr isə həmişə kölgədə qalıb. Əslində isə həmin dövrün ən görkəmli hökmdarı Təhmasib şahdır”.
N. Cəfərov deyib ki, müəllif romanda хeyli dərəcədə tariхi materialı dərinliyi ilə əks etdirməyə çalışıb.
Filologiya elmləri doktoru Şamil Vəliyev isə deyib ki, romanda 52 il hakimiyyətdə olmuş, Şəki və Şirvan hakimliyini ləğv edərək, Bütöv Azərbaycan qurmuş Təhmasib şahın sərkərdə və diplomat kimi fəaliyyəti əks olunub. Tədbirdə çıxış edən Milli Məclisin deputatları Aqil Abbas, Qənirə Paşayeva, jurnalist Qulu Məhərrəmli, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və digərləri romanın əhəmiyyətindən danışıblar.

Kitabın müəllifi Yunus Oğuz isə romanda Azərbaycan tarixinin bu mərhələsində baş verən proseslərə aydınlıq gətirməyə çalışdığını deyib. O, romanın geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanacağına ümid etdiyini də söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR