Bank Of Baku

Ankarada Kültür Ajansı tərəfindən “Kamal Abdullanın əsərləri Türkiyə türkcəsində” adlı əsər nəşr olunub – FOTO

Ankarada Kültür Ajansı tərəfindən “Kamal Abdullanın əsərləri Türkiyə türkcəsində” adlı əsər nəşr olunub – <font color=red>FOTO </font>
# 15 fevral 2010 10:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu günlərdə Qazi Universitetinin Fənn-ədəbiyyat fakültəsi Çağdaş türk ləhcələri və ədəbiyyatları bölümünün müəllimi, dilçi-türkoloq və tərcüməçi, professor Mehman Musaoğlunun “Kamal Abdullanın əsərləri Türkiyə türkcəsində” adlı əsəri Ankarada Kültür Ajansı tərəfindən nəşr olunub. Bakı Slavyan Universitetinin (BSU) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kitabda tərcümə nəzəriyyəsi, çevirmə və ya ədəbi mətn uyğunlaşdırılması qavramları, bu qavramların lüğətçiliklə bağlı istiqamətləri konseptual olaraq açıqlanır. Belə ki, kitabın üçüncü bölümündə Azərbaycan dilindən Türkiyə türkcəsinə və əksinə çevrilmiş ədəbi mətn təcrübələri kontekstində Türkcə-Azərbaycanca və Azərbaycanca-Türkcə özəl lüğət örnəkləri tərtib edilib. Bu lüğət örnəklərinin tərtib olunmasında Kamal Abdullanın Azərbaycan dilindən Türkiyə türkcəsinə çevrilmiş mifoloji, folklor və bədii səciyyəli mətn parçalarından istifadə olunur.

Kitabın birinci bölümündə Kamal Abdullanın türk dilinə çevrilmiş əsərləri, xüsusilə də, “Tarixsiz gündəlik” romanının orijinal və tərcümə mətnləri ədəbi-linqvistik yeniliklər kontekstində, türk dillərinin leksikası, sintaksisi baxımından təhlil olunur. Kitabın ikinci bölümündə yazıçının “Tarixsiz gündəlik” romanının orijinal mətnindən bir parça və həmin əsərin türk dilinə çevrilmiş bütöv mətni yer alır. “Kamal Abdullanın əsərləri Türkiyə türkcəsində” elmi-tədqiqat əsərindən qardaş ölkənin universitet auditoriyalarında istifadə edilməsi nəzərdə tutulur.

Onu da bildirək ki, K. Abdullanın əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunub. Onun təkcə “Yarımçıq əlyazma” romanı artıq Fransada, Rusiyada, Türkiyədə, Polşada, uzaq Braziliyada tərcümə və nəşr olunub. Əsərin yapon, ərəb və digər dillərə tərcüməsi ilə bağlı da işlərin aparıldığı deyilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR