Bank Of Baku

“Baron Münhauzenin macəraları” ilk dəfə nəzmlə Azərbaycan dilinə tərcümə edilib – FOTO

“Baron Münhauzenin macəraları” ilk dəfə nəzmlə Azərbaycan dilinə tərcümə edilib – <font color=red>FOTO</font>
# 21 avqust 2010 10:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Avqustun 21-də Kitab Klubunda Qotfrid Avqust və Bürger Rudolf Erix Raspenin “Baron Münhauzenin macəraları” əsərinin Azərbaycan dilində tərcümə olunmuş variantının təqdimatı keçirilib. APA-nın məlumatına görə, bu əsər ilk dəfə olaraq nəzm formasında məhz Azərbaycan dilində işlənilib. Bu tərcümənin müəllifi isə Yusif Yanar və Pərvandır. Təqdimat mərasimində çıxış edən Kitab Klubunun direktoru Elxan Rzayev bildirib ki, oxuculara təqdim olunan bu əsər, dünya macəra ədəbiyyatının ən parlaq nümunələrindən biridir: “Baronun ölməz obrazı bu gün də oxucunu özünə cəlb edir. Əsər müasir dövrdə də təravətini itirməyib və görünür, heç zaman itirməyəcək. Tərcüməçilər əsərin nəzmlə tərcüməsinin onu da cazibədar edəcəyini düşünüb”.

E. Rzayev deyib ki, tərcüməçi Yusif Yanar bu əsərin tərcüməsi üzərində bir il çalışıb. Yusif Yanar isə bildirib ki, Baron Münhauzenin başına gələn 16 əhvalat – ilk dəfə 1781-ci ildə Berlində çıxan “Şən adamlar üçün bələdçi” jurnalında dərc olunub: “Münhauzenin hekayələri” mürəkkəb və təkrarsız əsərdir. Əvvəllər sayıldığı kimi, ancaq əyləndirən, boş-boşuna güldürən yumor və ya satira deyil. Kitabın tərcüməsini mənzum şəkildə vermişik. Bizcə, bu təravətli və maraqlı olmalıdır. Tərcümə üçün Makarovun “Ədəbi abidələr” silsiləsində hazırladığı “Baron Münhauzenin macəraları” nəşri əsas götürülüb”.

Qeyd edək ki, yaxın günlərdə satışa çıxarılacaq əsərin Azərbaycan filinə tərcüməsində hər macəraya məzmununa uyğun ad verilib. Oxucuya təqdim edilən bu kitabda tərcümənin yalnız ilk hissəsi yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR