Dekabrın 6-da Azərbaycan Milli Kitabxanasında Nizami Gəncəvinin türk dilinə tərcümə edilmiş “Xəmsə”sinin (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə”) təqdimat mərasimi keçirilib.
APA-nın məlumatına görə, tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, tanınmış mədəniyyət və ictimaiyyət xadimləri iştirak ediblər.
Ə. Qarayev Azərbaycan cəmiyyətində kitaba marağın heç vaxt azalmadığını bildirib: "Bu, belə də olmalıdır. 2019-cu ildə Azərbaycanda, eləcə də Milli Kitabxanada kitabla bağlı bir sıra tədbirlər keçirilib. Onlardan biri də 6-cı Bakı Kitab Sərgi Yarmarkası oldu. Sevindirici haldır ki, Azərbaycan kitabı tək bizim oxucular tərəfindən deyil, beynəlxalq aləmdə də tanınır, müxtəlif dillərə tərcümə olunaraq təqdim olunur. Sözsüz ki, bu da dünyada Azərbaycan kitabına marağı artırır. Lakin məqsədimiz fəaliyyəti daha da genişləndirməkdir".
Nazir son illərdə Mədəniyyət Nazirliyi və Türkiyənin nəşriyyatları tərəfindən müxtəlif layihələrin həyata keçirildiyini vurğulayıb: "Xüsusilə “Zengin Yayıncılık” nəşriyyatının fəaliyyətini yüksək qiymətləndirirəm. Bu nəşriyyat Azərbaycan kitablarının Türkiyədə nəşr edilməsi sahəsində böyük işlər görüb. Son illərdə “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən 30 müəllifin kitabı türk dilində çap edilib. Belə nəşrlərdən biri də bu gün təqdimatı keçirilən, Azərbaycan mədəniyyətinin, fəlsəfəsinin zirvəsi Nizami Gəncəvinin əsərləridir. “Xəmsə” Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin və onların əsərlərinin digər ölkələrdə tanıdılması və təbliği məqsədilə “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsi çərçivəsində türk dilində nəşr edilib. Bu işlərdə əməyi keçmiş hər kəsə təşəkkür edirəm. Mən əminəm ki, Nizaminin ədəbi irsi türk oxucusu tərəfindən yenidən rəğbətlə qarşılanacaq və Azərbaycan xalqının böyük mədəniyyətə malik xalq olduğu bir daha sübuta yetiriləcək".
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral isə iki qardaş ölkənin xalqlarını bir-birinə bağlayan ən möhkəm bağlardan birinin də mədəniyyət olduğunu qeyd edib: "Türkiyədə klassik ədəbiyyatdan yazarkən Nizaminin, Füzulinin adını çəkməmək mümkün deyil. Biz bu şairlərin mədəniyyətimizin ən dəyərli parçaları olduğunu bilirik. Lakin Azərbaycan ədəbiyyatının Türkiyədə tanıdılması məqsədi ilə hələ çox işlər görülməlidir. 70 illik Sovet dövrü bu ilki xalqı bir-birindən ayırıb. Biz biri-bizimizi daha yaxşı tanımaq, daha da yaxınlaşmaq üçün keçmişimizi dərindən öyrənməliyik. Bu gün təqdimatı keçirilən Nizami Gəncəvinin "Xəmsə"si də bir-birimizi yaxından tanımağa vəsilədir”.
Daha sonra Xalq yazıçıları Elçin, Afaq Məsud, akademiklər İsa Həbibbəyli, Nizami Cəfərov və başqaları çıxış ediblər.
Qeyd edək ki, şair-tərcüməçi Yurtseven Şenin tərcüməsində “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən nəşr olunan kitabların ilk növbədə Türkiyədəki elmi kütləvi kitabxanaların, ali təhsil ocaqlarının və s. aidiyyəti qurumların kitab fonduna daxil edilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsi 2016-cı ildən həyata keçirilir. Layihə çərçivəsində 30 müəllifin 46 adda kitabı türk dilində çap olunub.
Nizami Gəncəvinin türk dilində nəşr olunan "Xəmsə"sinin təqdimatı keçirilib - FOTO
Ədəbiyyat
Mədəniyyət Nazirliyi Laçındakı “Simurq” kitabxanası ilə bağlı məsələyə münasibət bildirib
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana ukraynalı şairin adı verilib
Çingiz Əlioğlu “Qurd qapısı” qəbiristanlığında dəfn edilib - FOTO
Mədəniyyət Nazirliyi şair Çingiz Əlioğlunun vəfatı ilə bağlı məlumat yayıb
Xəbər Lenti
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır
Pit Heqset ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcəyini bildirib
MEDİA: “Ajmedia.news” Media Reyestrində yoxdur və fəaliyyəti qanunsuz hesab edilib
Fransa ABŞ-ın “azad müttəfiqi” olduğunu açıqlayıb
Qətər və Türkiyə XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
Şirvanda iki avtomobil toqquşub, ölən və yaralanan var - YENİLƏNİB