Amerika tarixçisi və yazıçısı Robert Messi vəfat edib.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə yazıçının həyat yoldaşı Debora Karl bildirib.
Alsheymer xəstəsi olan 91 yaşlı yazıçı Nyu-Yorkdakı evində vəfat edib.
R. Messi ömrünün çox hissəsini Romanovlar nəslinin öyrənilməsinə həsr edib. Onun II Nikolay haqqında yazdığı kitab Hollivud tərəfindən ekranlaşdırılıb.
R.Messi 1981-ci ildə Pulitser mükafatı ilə mükafatlandırılıb.