Səhiyyə Nazirliyi: Azərbaycanda 17 kişidə süd vəzi xərçəngi aşkarlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda 17 kişidə süd vəzi xərçəngi aşkarlanıb
# 04 fevral 2016 14:23 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. "2014-cü ildə Azərbaycanda 1400 qadında, 17 kişidə süd vəzi xərçəngi aşkarlanıb".


APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin mamoloqu Elgül Əsgərova deyib. O bildirib ki, süd vəzi xərçəngi xəstəliyi diaqnozu ilə mərkəzə müraciət edənlərin sayı ilbəil artır: "Ancaq çox yaxşı haldır ki, ötən illərlə müqayisədə xəstələr erkən mərhələdə müraciət edirlər. Bu da onların tezliklə müalicə olunub, normal həyata qayıtmasına kömək edir".


E. Əsgərova qeyd edib ki, müraciət edən xəstələrin arasında yaşı 18 olanlar da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR