ABŞ rəsmisi: "İŞİD-ə qarşı beynəlxalq müstəvidə əlaqələndirilmiş şəkildə mübarizə aparmalıyıq"

ABŞ rəsmisi: "İŞİD-ə qarşı beynəlxalq müstəvidə əlaqələndirilmiş şəkildə mübarizə aparmalıyıq"
# 24 noyabr 2015 16:07 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "ABŞ İŞİD-ə qarşı mübarizə aparmaq üçün 65 ölkədən ibarət koalisiyanın formalaşmasında mühüm rol oynayıb".

APA-nın məlumatına görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini, xanım Bridcet Brink deyib.

B. Brink bildirib ki, son vaxtlar Rusiyanın bu bölgədə fəallığının artması fonunda ABŞ ilk növbədə istənilən hərbi zəmində insidentin yaranmasının qarşısını almağa çalışır: "Siyasi danışıqlar da aparılır. Ötən həftə Vyanda Con Kerri Rusiya da daxil olmaqla, 18 dövlətin nümayəndələri ilə görüşüb, Suriya məsələsini müzakirə edib. Görüşün sonunda kommunike qəbul olunub, mühüm razılaşmalar əldə olunub. Razılaşmalara əsasən, bu yanvarın 1-nə kimi Suriya müxalifəti ortaq məxrəcə gəlməli, fəaliyyətini birləşdirməlidir.

Digər məsələ ondan ibarətdir ki, müxalifəti təmsil edən qüvvələr Əsəd rejimi ilə danışıqlar masası arxasında yeni Konstitusiyanı və keçiriləcək seçkiləri müzakirə etsinlər.

Bunun yanvarın 1-dən sonra baş tutması, 18 ay sonra seçkilərin keçirilməsi nəzərdə tutulur. ABŞ məhz bu çərçivədə fəaliyyət göstərir və buna dəstək verir. Biz anlayırıq ki, İŞİD kimi bir qruplaşmaya qarşı aparılan mübarizə özlüyündə çətin mübarizədir. Bu mübarizə beynəlxalq müstəvidə əlaqələndirilmiş səylər tələb edir. Məhz buna görə biz koalisiya çərçivəsində fəaliyyət göstəririk. Bu koalisiya və Vyana görüşləri çərçivəsində səylərimizi davam etdiririk. Parisdə baş verən acınacaqlı terror hücumları, eləcə də istənilən terror hücumu göstərir ki, terrora və İŞİD-ə qarşı beynəlxalq müstəvidə əlaqələndirilmiş şəkildə mübarizə aparmalıyıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR