Azərbaycanda dərman vasitələri və dini təyinatlı ədəbiyyat nüsxələrinə nəzarət markaları simvolik qiymətə veriləcək

Azərbaycanda dərman vasitələri və dini təyinatlı ədəbiyyat nüsxələrinə nəzarət markaları simvolik qiymətə veriləcək
# 11 iyul 2015 01:11 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

APA-nın məlumatına əsasən indiyə qədər qüvvədə olan “Nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi barədə” qərara əsasən nəzarət markası verilən nüsxələrin növləri kimi audiovizual, fonoqram, kompüter proqramı, məlumat toplusu və kitab nüsxələri müəyyən edilib və 1 yul 2014-cü ildən 1 nəzarət nəzarət markasının alınmasına görə vahid qiymət, yəni 15 qəpik ödənilib. Dəyişikliyə əsasən nəzarət markası verilən nüsxələrin növləri sırasına ayrıca dərman vasitələri və dini təyinatlı nüsxələr əlavə edilib. Dərman vasitələrinin bir nüsxəsi üçün veriləcək nəzarət markalarının 1 ədədinin qiyməti 1 qəpik, dini təyinatlı vasitələrin (kağız və elektron daşıyıcılarda dini ədəbiyyat, audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları) bir nüsxəsi üçün veriləcək nəzarət markalarının 1 ədədinin qiyməti 2 qəpik müəyyən edilib.

Xatırladaq ki, Nazirlər Kabinetinin 1 iyul 2015-ci il tarixdə “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”na etdiyi dəyişikliyə əsasən dərman vasitələri və dini təyinatlı vasitələr üçün nəzarət markaları artıq Müəllif Hüquqları Agentliyindən yox, müvafiq olaraq Səhiyyə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən alınacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR