Milli Məclisin sədri Gürcüstana səfər edəcək

Milli Məclisin sədri Gürcüstana səfər edəcək
# 24 iyul 2015 13:24 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Tbilisidə keçiriləcək 13-cü Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimində iştirak etmək üçün iyulun 26-da Gürcüstanın paytaxtına səfərə yola düşəcək.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan parlamenti sədrinin tədbirdə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin başçıları ilə görüşləri gözlənilir. Festival günlərində Oqtay Əsədovun Atletlər Kəndinə getməsi və 13-cü Avropa Gənclər Olimpiya Festivalında iştirak edən Azərbaycan idmançıları ilə görüşməsi də nəzərdə tutulur.


Səfər iyulun 27-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR