Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Azərkosmos” ASC və Türkiyənin Zonquldak vilayətinin rəsmi kanalı olan “Kanal Z” arasında müqavilə imzalanıb.
“Azərkosmos” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, müqaviləyə əsasən, ”Kanal Z” “Azerspace-1” peyki üzərindən yayıma başlayıb.
Qeyd edək ki, Türkiyənin digər region kanalları da artıq “Azerspace-1” peykinə maraq göstərir və bu kanallarla yayıma dair müqavilələrinin imzalanması üçün danışıqlar aparılır.
“Kanal Z” kanalı bu ilin iyulun 1-dən 11015/H/30000 tezliyi ilə yayımlanır.