Ağdaşda tövlə yanıb, ev quşları tələf olub

Ağdaşda tövlə yanıb, ev quşları tələf olub
# 02 iyul 2017 06:50 (UTC +04:00)

Ötən gecə Ağdaş rayonu, Güvəkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 m2 tövlənin çardağının yanar konstruksiyaları 210 m2 sahədə və çardağına yığılmış 30 ton ot bağlamasının 26 tonu yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı tövlənin içərisində olan sayı məlum olmayan ev quşu tələf olub.

Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 22:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR