ABŞ generalı: “Ölkə üçün əsas təhlükə Rusiyadır”

ABŞ generalı: “Ölkə üçün əsas təhlükə Rusiyadır”
# 10 iyul 2015 03:23 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın milli təhlükəsizliyi üçün ən böyük təhlükə Rusiyadır. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə qərargah rəislərinin birləşmiş komitəsinin sədri vəzifəsinə namizəd Cozef Danford bildirib.

Onun sözlərinə görə, Rusiyanın beynəlxalq arenadakı davranışı təşvişdən başqa heç nə doğurmur.

“Mən hesab edirəm ki, bizim milli təhlükəsizliyimiz üçün ən böyük təhlükə məhz Rusiyadır”, deyə Danford vurğulayıb.

Danford həmçinin qeyd edib ki, nüvə ölkələrindən biri olan Rusiya müttəfiqlərin suverenliyini pozmağa qadirdir.

General Cozef Danford bundan əvvəl ABŞ dəniz piyadaları korpusunun qərargah rəisi və NATO qüvvələrinin Əfqanıstandakı komandanı vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR