Türkiyənin Ağrı vilayətində 4,0 bal gücündə zəlzələ olub

Türkiyənin Ağrı vilayətində 4,0  bal gücündə zəlzələ olub
# 15 avqust 2015 22:51 (UTC +04:00)

Bakı-APA. Avqustun 15-də yerli vaxtla saat 22.47-də Türkiyənin Ağrı vilayətində 4,0 bal gücündə zəlzələ baş verib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların ocağı 4,15 km dərinlikdə yerləşib.

Zəlzələ bir sıra yaşayış məntəqələrində hiss olunub. Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR