Goranboyda minik avtomobili mikroavtobusla toqquşub - FOTO

Goranboyda minik avtomobili mikroavtobusla toqquşub - FOTO
# 28 fevral 2019 13:56 (UTC +04:00)

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax yolunun rayonun Dəlməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.

Goranboy rayon sakini, 25 yaşlı Sənan Qəhrəmanovun idarə etdiyi “VAZ-2109” markalı avtomobil Gəncə-Bakı reysi ilə işləyən “Mercedes Vito” markalı maşınla toqquşub.

Qəza nəticəsində “VAZ-2109”un sürücüsü ağır xəsarət alıb. “Mercedes Vito”da olan sərnişinlərdən xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR