Əli Abbasov Masallıda vətəndaşların şikayətlərini dinləyib - FOTO - VİDEO

Əli Abbasov Masallıda vətəndaşların şikayətlərini dinləyib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 20 sentyabr 2013 12:10 (UTC +04:00)

Masallı. Ağəddin Babayev - APA. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov sentyabrın 20-də Masallıda bu rayondan, eləcə də Lənkəran, Yardımlı, Cəlilabad, Lerik və Astara rayonlarından olan vətəndaşları qəbul edib.

APA-nın cənub bürosunun məlumatına görə, Masallı Rayon Telekommunikasiya Qovşağının konfrans zalında nazirliyin struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbul zamanı vətəndaşların şikayət və müraciətləri dinlənilib.

Qəbul zamanı səsləndirilən müraciətlərdə əsasən işlə təmin olunması, internet xəttinin çəkilməsi, maddi yardımın göstərilməsi kimi məsələlər öz əksini tapıb. Vətəndaşları narahat edən məsələlərin əksər hissəsi yerindəcə həllini tapıb, aidiyyəti üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaqdan ötrü qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR