Azərbaycanın mədənçıxarma sahəsində istehsal azalıb

Azərbaycanın mədənçıxarma sahəsində istehsal azalıb
# 18 sentyabr 2013 08:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda sənayenin mədənçıxarma sahəsində istehsalın həcmi 16,7 mlrd. manat olub.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4% azdır.

Sahənin əsas məhsulu olan xam neft hasilatı 29,1 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 11,7 mlrd. kubmetr təşkil edib. Nəticədə, illik müqayisədə neft hasilatı 1,0% azalıb, qaz hasilatı isə 2,3% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR