Paşha Bank
Bank Of Baku

Avropa Azərbaycan Məktəbi COBIS Regional Tədris və Öyrənmə Konfransına ev sahibliyi edir - FOTO

Avropa Azərbaycan Məktəbi COBIS Regional Tədris və Öyrənmə Konfransına ev sahibliyi edir - FOTO
# 13 noyabr 2026 19:30 (UTC +04:00)

Avropa Azərbaycan Məktəbində (EAS) COBIS Regional Tədris və Öyrənmə Konfransı keçirilib.

APA xəbər verir ki, müxtəlif ölkələrdən təhsil mütəxəssislərini və spikerləri bir araya gətirən beynəlxalq konfransın əsas məqsədi təhsil sahəsində bilik və təcrübə mübadiləsini təşviq etmək, müasir yanaşmaları müzakirə etmək və tədris prosesinin inkişafına dair yeni perspektivləri araşdırmaqdır.

Konfransın açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra məktəbin istedadlı şagirdləri maraqlı və rəngarəng bədii proqramla qonaqların qarşısında çıxış ediblər. Açılış mərasimi çərçivəsində Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankini iştirakçıları salamlayaraq konfransın əhəmiyyəti, beynəlxalq təhsil əməkdaşlığının rolu və bu cür platformaların təhsil ictimaiyyəti üçün yaratdığı imkanlar barədə fikirlərini bölüşüb.

Açılış mərasimindən sonra konfrans interaktiv təqdimatlar, müzakirələr və praktiki sessiyalarla davam edib. Proqram çərçivəsində təhsilin müasir çağırışları, aktual məsələləri və inkişaf perspektivləri ilə bağlı müxtəlif mövzulara toxunulur. İştirakçılar öz təcrübələrini bölüşmək, yeni yanaşmalarla tanış olmaq və müxtəlif təhsil sistemlərində tətbiq edilən metodları müzakirə etmək imkanı əldə edirlər.

Konfransda Qazaxıstan, Özbəkistan, Rusiya, Çexiya, Amerika Birləşmiş Ştatları, Rumıniya, Gürcüstan, İsveçrə, Hindistan və Tacikistan da daxil olmaqla, müxtəlif ölkələrdən təhsil mütəxəssisləri və spikerlər iştirak edirlər. Bu beynəlxalq platforma fərqli təhsil sistemlərini və yanaşmaları təmsil edən mütəxəssislərin fikir mübadiləsi aparması, təcrübələrini paylaşması və yeni peşəkar əlaqələr qurması üçün geniş imkanlar yaradır.

Avropa Azərbaycan Məktəbi bu mühüm beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunluq duyur. Müxtəlif təhsil mühitlərini və təcrübələri bir araya gətirən belə görüşlər beynəlxalq əməkdaşlığın gücləndirilməsi, yeni ideyaların paylaşılması və təhsil sahəsində ortaq hədəflərin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu kimi beynəlxalq konfranslar təhsil mütəxəssislərinə mövcud yanaşmaları yenidən nəzərdən keçirmək, bir-birindən öyrənmək və gələcəyin təhsil modelinin formalaşmasına töhfə vermək imkanı yaradır.

İki gün davam edən konfransın iştirakçılar üçün faydalı müzakirələr, yeni biliklər, dəyərli peşəkar əlaqələr və yaddaqalan təcrübələrlə zəngin olacağı gözlənilir.

Bu beynəlxalq tədbirə ev sahibliyi etməklə Avropa Azərbaycan Məktəbi təhsil sahəsində peşəkar inkişafın, beynəlxalq əməkdaşlığın və qlobal təhsil ictimaiyyəti arasında bilik mübadiləsinin təşviqinə verdiyi töhfəni davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR