İyulun 1-dən 15-dək Elm və Təhsil Nazirliyi və tabeliyində olan qurumlara ümumilikdə 47 483 vətəndaş müraciəti daxil olub.
Nazirlikdən APA-ya verilən məlumata görə, müraciətlərin 7 558-i elektron qaydada, 1655-i yazılı formada, 32 235-i çağrı mərkəzləri vasitəsilə qəbul edilib. Bundan əlavə, 6 035 müraciət vətəndaş qəbulu zamanı qeydə alınıb.
Qeyd olunub ki, daxil olan müraciətlər əsasən müəllimlərin işə qəbulu, məktəbəqədər təhsil müəssisələrinə qeydiyyat, müəllimlərin iş yerinin dəyişdirilməsi, I sinfinə şagird qəbulu və digər təhsil məsələləri ilə bağlı olub.