Bank Of Baku

Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib

Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
# 03 may 2026 13:00 (UTC +04:00)

3 may 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) birinci cəhdi keçirilib.

DİM-dən APA-ya verilən məlumata görəö, imtahanın keçirilməsi üçün, ümumilikdə 7 bina, 19 imtahan rəhbəri, 7 ümumi imtahan rəhbəri, 152 nəzarətçi, 19 buraxılış rejimi əməkdaşı (mühafizə) və 7 bina nümayəndəsi ayrılıb.

Mayın 4-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalına başlanılacaq.

İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR