Bank Of Baku

Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib

Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
# 11 sentyabr 2026 10:33 (UTC +04:00)

"Bu il 280 min məzuna elektron qaydada diplom verilib".

APA xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib.

O bildirib ki, “Rəqəmsal bacarıqlar” və STEAM layihələrinin əhatəsi mərhələli şəkildə genişləndirilir:

"Ötən tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi 771 məktəbdə 528 min şagirdi əhatə edib. Yeni tədris ilində layihənin 1001 məktəbə və təxminən 630 min şagirdə çatdırılması nəzərdə tutulur. STEAM layihəsi isə ötən tədris ilində 407 məktəbdə 303 min 119 şagirdi əhatə edib və yeni tədris ilində onun əhatəsinin daha da genişləndirilməsi nəzərdə tutulur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR