Bank Of Baku

Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün imtahan keçiriləcək

Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün imtahan keçiriləcək
# 31 avqust 2026 14:29 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi 2026-cı ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 6-da əlavə imtahan keçirəcək.

Bu barədə APA-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR