Bank Of Baku

FHN: Ötən həftə 751 yanğına çıxış olub, 43 nəfər xilas edilib - VİDEO

FHN: Ötən həftə 751 yanğına çıxış olub, 43 nəfər xilas edilib - VİDEO
# 31 avqust 2026 10:32 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 751 yanğına çıxış olub.

Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 28 halda köməksiz vəziyyətdə qalma və 4 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 5-i azyaşlı olmaqla 43 nəfər xilas edilib, yanğınlar zamanı 9 nəfər təxliyə olunub, 4 nəfər xəsarət alıb, 3 nəfərin meyiti təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR