"Formula 1" üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar 7 ümumi təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil ediləcək.
Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Qeyd edilib ki, Tofiq İsmayılov adına 6 nömrəli lisey, Məmməd Rahim adına 7 nömrəli tam orta ümumtəhsil məktəbi, Kərim Kərimov adına 8 nömrəli tam orta ümumtəhsil məktəbi, Tahir Həsənov adına 23 nömrəli tam orta ümumtəhsil məktəbi, 160 nömrəli Klassik Gimnaziya, 132-134 nömrəli lisey və İlyas Əfəndiyev adına Elitar gimnaziyada 22-26 sentyabr 2026-cı il tarixlərində tədris distant (məsafədən) formada təşkil olunacaq.