Bank Of Baku

Kobaxidze: Gürcüstan Azərbaycan-Ermənistan sülh prosesində irəliləyişi alqışlayır

Kobaxidze: Gürcüstan Azərbaycan-Ermənistan sülh prosesində irəliləyişi alqışlayır
# 22 sentyabr 2026 10:35 (UTC +04:00)

“Cənubi Qafqaz əhəmiyyətli dəyişikliklər dövrünü yaşayır, iqtisadi və strateji potensiala daha çox diqqət yetirilir”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin 81-ci sessiyası çərçivəsində keçirilən “Çoxtərəfli tərəfdaşlıq” sammitində çıxışında deyib.

Onun sözlərinə görə, bu gün praktiki regional əməkdaşlıq üçün daha geniş imkanlar açılır.

“Biz qonşularımız arasında sülh prosesində əldə edilmiş irəliləyişi alqışlayırıq və inanırıq ki, regional əməkdaşlığın dərinləşdirilməsi ticarət, nəqliyyat-logistika və iqtisadi inkişaf kimi sahələrdə yeni imkanlar yarada bilər”, - deyə Baş nazir əlavə edib.

Hökumət başçısı Gürcüstanın davamlı sülh və rifaha nail olmaq üçün vacib olan prinsiplərə sadiq qaldığını vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR