Bank Of Baku

Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb

DİM sədri Məleykə Abbaszadə

© APA | DİM sədri Məleykə Abbaszadə

# 04 sentyabr 2026 17:19 (UTC +04:00)

"Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul yekunlaşıb. Beləliklə, 2026-2027-ci tədris ili üzrə tələbə qəbulunun əsas mərhələləri başa çatıb".

APA xəbər verir ki, bu, DİM sədri Məleykə Abbaszadənin paylaşımında qeyd edilib.

O bildirib ki, yekun nəticələrə əsasən, ali təhsil müəssisələrində plan yerlərinin 97.71%-i dolub, cəmi 1393 plan yeri – təxminən 2%-i boş qalıb.

"Tələbə qəbulu aparılan 41 mülki ali təhsil müəssisəsindən 13-də plan yerləri 100%, 4-də plan 99%, 4-də isə 98% dolub. Ümumilikdə 34 ali təhsil müəssisəsində dolma göstəricisi 95%-dən yüksəkdir", deyə paylaşımda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR