Bank Of Baku

Azərbaycan Prezidenti Pakistanın ABŞ-İran münaqişəsinin həlli istiqamətində səylərini yüksək qiymətləndirib

Azərbaycan Prezidenti Pakistanın ABŞ-İran münaqişəsinin həlli istiqamətində səylərini yüksək qiymətləndirib
# 13 iyul 2026 11:32 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın ABŞ-İran münaqişəsinin həlli istiqamətində səylərini yüksək qiymətləndirib.

APA xəbər verir ki, Prezident İlham Əliyev bu məsələyə IV Şuşa Qlobal Media Forumunda pakistanlı jurnalistin ABŞ-İran münaqişəsinin həlli istiqamətində İslamabadın sülh səyləri ilə bağlı sualını cavablandırarkən toxunub.

“Mənim mesajım onlara ən xoş arzularımı çatdırmaq və bu möhtəşəm səylərini davam etdirmələrini arzulamaqdır. Mən əziz qardaşım, Baş nazir Şahbaz Şərifə zəng edərək əldə olunan razılaşma münasibətilə onu təbrik etdim. Çünki bu razılaşma əsasən Pakistanın vasitəçilik səyləri nəticəsində mümkün oldu. Bu, bir daha göstərir ki, ölkəniz beynəlxalq aləmdə böyük hörmətə malikdir. Məhz Pakistan vasitəçilik missiyasını üzərinə götürərək bu məsuliyyəti daşıyan yeganə ölkə oldu. Biz də hadisələrin gedişini diqqətlə izləyirdik və gördük ki, həm Baş nazir, həm feldmarşal, həm də onların komandaları bu prosesə tam sədaqətlə yanaşıblar. Əminəm ki, son hadisələr və yaranmış yeni gərginlik fonunda onlar yenidən qarşıdurmanın dayandırılması üçün əllərindən gələni edəcəklər. Düşünürəm ki, Pakistan istisna olmaqla bunu bacaracaq başqa bir ölkə yoxdur. Ümid edirəm və inanıram ki, onlar yenidən Yaxın Şərqdə sülhün bərqərar olmasına töhfə verməkdə uğur qazanacaqlar. Bu, həm də ölkənizin potensialının, rəhbərlərinizin bacarığının və Pakistanın yalnız bu məsələdə deyil, ümumilikdə qazandığı geniş beynəlxalq nüfuzun növbəti göstəricisidir”, - dövlət başçısı qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR